Cənubi Qafqazın Lider İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), 1930-cu ildən bəri regionun iqtisadi inkişafına töhfə verən, fundamental bilikləri müasir innovasiyalarla birləşdirən ali təhsil ocağıdır.
Biz, təkcə mütəxəssis hazırlamırıq, həm də gələcəyin liderlərini formalaşdırırıq. 12 fakültə, ingilis dilində tədris imkanları və ikili diplom proqramları ilə qlobal standartlarda təhsil təmin edirik.
Dəyərlərimiz
Bizi biz edən və irəliyə aparan prinsiplər
Keyfiyyət
Tədris və tədqiqatda beynəlxalq standartlara uyğun ən yüksək keyfiyyəti hədəfləyirik.
İnnovasiya
Daim yenilənən dünyada rəqəmsal həllər və innovativ yanaşmalar tətbiq edirik.
Beynəlmiləlləşmə
100-dən çox xarici tərəfdaş və ikili diplom proqramları ilə qlobal universitetik.
Şəffaflıq
Akademik dürüstlük, hesabatlılıq və şəffaf idarəetmə əsas prinsipimizdir.
